Вторник , Сентябрь 25 2018
Главная / Kulinariya / Pasxada niyə məhz kuliç bişirirlər?
kuliç

Pasxada niyə məhz kuliç bişirirlər?

Biz həmişə rusların Pasxa bayramı dediyimiz xristianlıq bayramı ərəfəsində şirniyyat dükanlarında, eləcə də insanların əlində uzunsov çörək kimi, üstü ağ papaqlı şirniyyat görürük. Azərbaycan bütün dinlərin rahat mövcud olduğu tolerant bir ölkə olduğundan, bineyi-qədimdən ölkəmizdə yaşayan digər millətlər və dinlər bizim bayramlarımıza hörmət bəsləyib, biz də onların.

Biz həmişə rusların Pasxa bayramı dediyimiz xristianlıq bayramı ərəfəsində şirniyyat dükanlarında, eləcə də insanların əlində uzunsov çörək kimi, üstü ağ papaqlı şirniyyat görürük. Azərbaycan bütün dinlərin rahat mövcud olduğu tolerant bir ölkə olduğundan, bineyi-qədimdən ölkəmizdə yaşayan digər millətlər və dinlər bizim bayramlarımıza hörmət bəsləyib, biz də onların.

Onun da öz mənası və yaranma tarixi var:

İsa peyğəmbər çarmıxa çəkiləndən sonra Apostollar masanın mərkəzində onun yerinə əyləşməz və onun xatirəsinə hörmət olaraq, Kuliçə bənzər çörək qoyardılar.

O vaxt bu çörəyi İsanın dirilişi və qayıdışına simvolizə edərək, onu Pasxa öncəsi kilsəyə aparar, kilsə suyunda təmizləyib, kilsədə dövrə vurdurub, ümumi masaya qoyardılar. Pasxa günü dini ayindən sonra kasıblar və imanlı insanlara bu çörəkdən pay verilərdi.

Hər evdə Pasxa günü Kuliç bişirilib, masada mərkəzə qoyulması həmin insanın İsanın dirilməsinə və yenidən iman gətirənlərlə bir masada əyləşəcəyinə olan inamının dərəcəsini göstərir. Yeri gəlmişkən, İslam dini də İsanın ölmədiyini təsdiqləyir və onun zühur edəcəyini bildirir.

Sonradan hər ailə öz imkanına uyğun Kuliçlər bişirməyə başladı. Varlılar daha böyük, bəzəkli, kasıblar isə yalnız un və mayadan ibarət sadə kuliçlər. Pasxada Kuliçin bişirilməsi həmin il ailə üçün uğurlu, bərəkətli bir il olacağının da qarantı kimi simvolizə olunur. Orta əsrlərdə xtistian ailələr kimin kuliçi daha gözəl və möhtəşəmdir fikri ilə bəhsə girərdilər. Əgər Kuliç alınmırdısa, xəmiri yaxşı çıxmırdısa, ev sahibi və qadın pərişan olurdu: bu o deməkdir ki, hansısa günahlarına görə Tanrı və İsa onlardan üz döndərib.

Kuliçin bişirilməsinə bütün müqəddəs təamlar kimi ehtiyatla, xüsusi hazırlaşırdılar. Onu hazırlayarkən bərkdən danışmaq, pis sözlər işlətmək, qara fikirlər düşünmək olmaz. Bu zaman əhval müsbət olmalı, xüsusi dualar oxunmalı və xəmir yoğuranın niyyəti saf, gözəl olmalıdır. Əsl pravoslav Kuliçi gecədən hazırlanır, səhər kilsəyə aparılıb, keşişlər tərəfindən xüsusi dua və kilsə suyu ilə xeyir-dua verildikdən sonra evə gətirilib, yeyilir.

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован.